Azərbaycan

DAHA İKİ GENERAL VƏZİFƏDƏN AZAD OLUNDU – MN-də son iki gündə 4 yüksək vəzifəli şəxs yola salındı

Müdafiə Nazirliyinin daha iki generalı vəzifələrindən azad edilib. 

Mia.az Bizim.Media-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev bir müddət əvvəl tutduğu vəzifəsindən azad olunub.

Rasim Babayev daha əvvəl Nazirliyin Təşkilat Səfərbərlik Baş İdarəsinin rəisi vəzifəsini icra edib. O, korpus komandiri, general-mayor Münasib Babayevin yaxın qohumudur. İddialara görə, generalın işdən azad olunmasına səbəb 142 nəfər zabitin ev məsələsi ilə bağlı şikayəti olub.

Bundan başqa Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov da tutduğu vəzifəsindən azad edilib.  İddialara görə, Qədir Nəsibov Nəcməddin Sadıkovla qohumluq əlaqələrindən istifadə edərək bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, Q.Nəsibov daha əvvəl Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində birinci müavin vəzifəsində işləyib. O, 2022-ci ilin iyun ayında həmin vəzifədən azad edilərək, İnspektorlar qrupunun üzvü kimi fəaliyyətini davam etdirib.

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov da bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

Rasim Babayev və Qədir Nəsibovun Elxan İbrahimovla birgə  Badamdar qəsəbəsində hərbi hissənin ərazisini zəbt edərək, qeyri-qanuni şəkildə özəlləşdirilməsi xəbəri də generallarla bağlı iddialar arasındadır.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib. img

Mia.az

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.