“Crocus”da ölən 68 nəfərin şəxsiyyəti MƏLUM OLDU

Moskvadakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində ölən 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

Obyektivtv.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq. 

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 182 nəfər ölüb, 180 nəfər yaralanıb.

Exit mobile version