Cəmiyyət

Çıxışı xalqın narazılığına səbəb olan millət vəkili.

Bir neçə gündür ki,ölkə gündəmini çalxalayan  “uşaq pulu” mövzusu  yenidən ictimaiyyət arasında müzakirə  predmetinə çevrilib.

Millət vəkili Günay Ağamalı tərəfindən səsləndirilən fikirlər sosial şəbəkələrdə və ictimaiyyət arasında aparılan müzakirələrdə geniş narazılıq yaradıb.

Əslində uşaq pulu anlayışı Milli Məclis tərəfindən həlli mümkün olmayan bir məsələ olaraq,gündəlikdən çıxarılmış  bir mövzudur.

Günay Ağamalı sadecə Millət vəkili olaraq danışacağı mövzu haqqında düzgün şərh vermədiyi üçün ictimai qınaq səbəb olub.

Ölkədə sosial rifahın çətinləşdiyi bir dövrdə ailələrə dövlət dəstəyinin artırılması vacibdir və uşaq pulu məsələsinə daha həssas yanaşılmalıdır.

Əslində uşaq pulunun niyə bu qədər vacib olduğunu, ehtiyacı olan ailələrdən daha çox millət vəkilləri bilir,sadecə xalqın bu cür həlli vacib olan problemləri bunları bir o qədər maraqlandırmır.

Onlar düşünməlidirlər ki,uşaq pulu sadəcə ailələrin maddi durumunu yaxşılaşdırmaq deyil,uşaqların daha sağlam böyüməsi və dövlətin qayğısını his edərək,dövlətə və dövlət başçısına sadiq olacağına səbəb olacaq prinsipdir.

Ekspertlərin fikrincə, uşaq pulu yalnız maddi yardım deyil, həm də sosial siyasətin vacib elementidir. Bir çox ölkələrdə bu sistem demoqrafik artımı səbəb olub.

Günay Ağamalının sözləri niyə narazılıq yaratdı,çünki  Günay xanıma qədər konkret və kəskin şəkildə bu mövzuda şərh verən millət vəkili olmamışdır.

Günay Ağamalı uşaq pulunun verilməsinin vacib olduğunu çox gözəl bilir,lakin millət vəkillərinə hələ o səlahiyyətlər verilməyib ki,bu gün bu mövzuda müsbət fikir bildirsinlər.

Deputat Günay Ağamalının uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlər sosial mediada birmənalı qarşılanmadı. Vətəndaşların bir qismi açıqlamaların insanların real sosial vəziyyətini əks etdirmədiyini düşünür.

Sosial şəbəkələrdə minlərlə istifadəçi qeyd edib ki, ölkədə minimum əməkhaqqı və yaşayış xərcləri arasında böyük fərq var və belə şəraitdə ailələrin əlavə dövlət dəstəyinə ehtiyacı artır.

Xüsusilə çoxuşaqlı ailələr bildirirlər ki, uşaqların məktəb xərcləri, geyim, qida və tibbi ehtiyacları onların büdcəsinə ciddi təsir edir. Bir çox valideyn hesab edir ki, dövlət sosial proqramlarını genişləndirməli və uşaq pulunun bərpası məsələsinə yenidən baxmalıdır.

Mövzu ilə bağlı sosial platformalarda minlərlə paylaşım edilib. İnsanlar əsasən aşağıdakı məqamlara diqqət çəkirlər:

Bir çox istifadəçi qeyd edir ki, uşaq pulu dövlət üçün əlavə yük kimi deyil, gələcək nəsillərin sağlam və savadlı olmasına töhfə verə bilər.

Sosial məsələlər üzrə mütəxəssislər bildirirlər ki, ünvanlı sosial yardım sisteminin genişləndirilməsi ilə yanaşı, universal uşaq müavinətinin tətbiqi də müzakirə oluna bilər.

Hazırda vətəndaşların əsas gözləntisi bu məsələnin ciddi şəkildə müzakirə olunması və real addımların atılmasıdır.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir