Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Məlumat verilib ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. o.
Telefon danışığı zamanı regional həmkarlar arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Obyektivtv.az