Bir neçə gün öncə çayda çimərkən boyun nahiyəsindən xəsarət alan gənc ölüb.
Obyektivtv.az xəbərverir ki, hadisə Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.
O, müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
















