Hadisə

Cəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad şəhəri Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Əldə etdiyimiz məlumatlara görə, qəzaya səbəb qarşıda hərəkətdə olan “Vaz 21011” markalı avtomobilin  dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün,  arxadan gələn “Mercedes” markalı nəqliyyat vasitəsinin ona çırpılması olub.

Zərbənin gücündən toqquşan nəqliyyat vasitəsi yoldan çıxaraq əks istiqamətdən gələn “VAZ 2106” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində 4 nəfər- Mirzəzadə Fatimə (2010), Mirzəzadə Cəlal (1980), Quliyev Elçin (1979), Məmmədova Şəfa (2010) xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir