Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Obyektivtv.az İzmedia.aza istinadən xəbər verir ki, rayonun Privolnoye kəndində 19 yaşlı gənc suda boğularaq ölüb.
Hadisə kənd ərazisində yerləşən kiçik su hövzəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.
Onun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs tələbəsi olub.
