Havaların soyuması ilə əlaqədar ehtiyatsızlıq üzündən yenə dəm qazından bir nəfər həyatını itirdi
Obyektivtv.az xəbər verir ki, hadisə bu gün Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb,beləki 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı Cəlilabad rayonunun Üçtəpə kəndində faciəvi şəkildə vəfat edib.
İlkin məlumata görə, o, yaşadığı evin hamamında dəm qazından boğulub.
Onun meyidi müayinə olunması üçün Cəlilabad rayon mərkəzi xəstəxanasına Pataloji şöbəyə təhvil verilib.
Mərhumun nəşi sabah Cəlilabad rayonunun Üçtəpə kəndində torpağa tapşırılacaq.
Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.
















