Bu gün Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir.
Obyektivtv.Az informasiya agentliyinin verdiyi məlumata görə, BMW-markalı minik avtomobilini avtoyuma məntəqəsinin işçisi maşın sahibinin etibarından sui-istifadə etməklə avtoyumadan götürərək Heydər Əliyev prospekti istiqamətində ağır yol nəqliyyat hadisəsi törətmişdir.
Hadisə nəticəsində zəncirvari şəkildə qəza baş vermiş, 4 avtomobilə ciddi ziyan dəymişdir.
Qəza nəticəsində Mercedes markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.