Cəlilabad şəhərinin küçələri ağıllı işıqlandırma sistemi ilə təchiz olunur-FOTO

 
Obyektivtv xəbər verir ki,son bir neçə aydır ki Cəlilabad rayonunda və rayonun bir neçə kəndlərini əhstə edən yolların əsaslı təmiri həyata keçirilir.O cümlədən rayonun küçə və prospektləri  ağıllı işıqlandırma sistemi ilə təchiz olunur. Bu məqsədlə şəhərdə ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və prospektlərin fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılmasına başlanılıb. Sistem bir mərkəzdən idarə olunacaq. Led lampalardan ibarət işıqlandırma sistemi mövcud imkanlara nisbətdə 70-80 faiz enerjiyə qənaət etməyə imkan verəcək. Buda o deməkdir ki,rayon sakinləri gecə saatlarında belə rahat hətəkət edə biləcək.Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.
13 dekabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və aidiyyəti təşkilatların rəhbər şəxsləri Cəlilabad şəhəri Qurtuluş küçəsində istifadəyə verilmiş ağıllı işıqlandırma sisteminin fəaliyyəti ilə tanış olub.
Exit mobile version