Uzun illərdir təmirə ehtiyacı olan, əhəmiyyətli yollardan biridə Təklə Bayxanlı yoludur.Bu yol bir neçə kəndi əhatə edir,yolun hədən artıq bərbad olduğu üçün,bu kəndlərdə yaşayan sakinlər belə yaşayış yerini dəyişərək,rayona və rayon ətrafı kəndlərə köçüblər.Dəfələrlə bu yolun təmir olunması məqsədi ilə aidiyyəti üzrə müraciət olunsa da,heç bir nəticə əldə olunmamışdı,yəni kənd sakinləri bu yolun təmir olunmasını artıq təsəvvür etmirdilər.Bunu bir neçə səbəbləri var, əsas səbəbi isə Azərbaycan öz müstəqilliyini elan etdiyi dövrdən 2022-ci ilə qədər rayona rəhbərlik edən şəxslərin heç birini, sözü gedən kənd yollarının təmiri maraqlandırmayıb.Sən demə bu yazıqlarında ulduzu nə vaxtsa parlayacaqmış!Beləki 2022-ci ildə cənab prezident İlham Əliyevin göstərişinə əsasən Rafiq Cəlilov Cəlilabad rayon icra hakimiyyətinin başçısı təyin edildi.Bununlada Cəlilabad rayonunda yeni layihələrə,təmir tikinti işlərinə, sosial proqramların həllinə,kamunal məsələlərin o cümlədən yolların yenidən təmirinə start verildi.Rafiq müəllim rayonun icra başçısı olmaqla yanaşı,sanki rayonda mütəxəssis memardır.Biz inanırıq ki,yaxın bir neçə il ərzində Rafiq müəllimin rəhbərliyi ilə rayonda çox işlər görüləcək, çox sayda insanın problemi həll olunacaq.