💧 Su həyatdır!
Son illər Cəlilabad rayonunda abadlıq quruculuq,təmizlik işləri ilə yanaşı,yaşıllaşmaya da geniş yer ayrılıb.
Bu istiqamətdə görülən işlərin böyük bir hissəsi Komunal Müəsisələr kombinatının,Şəhər İcra nümayəndəsi və Şəhər bələdiyyəsinin üzərinə düşür.
Hal hazırda adları qeyd olunan idarə və müəsisə rəhbərlərindən İslam İsgəndərov, Faiq Məlikov, və əməkdaşlarının iştirakı ilə əkilmiş ağacların, suvarılması istiqamətində işlər davam etdirilir.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun xüsusi göstərişləri əsasında müəyyən olunmuş ərazilərdə subartezian quyularının qazılması,ağacların daimi olaraq suarılması məqsədilə su xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Gələcəkdə də rayonumuzun sürətli inkişafı naminə görülən işlər,rayon rəhbərliyinin göstərişlərinə uyğun olaraq, davam etdiriləcək.
Yaşıllıqların qorunması, şəhərimizin daha gözəl və ekoloji cəhətdən sağlam olması naminə görülən bu işlər fasiləsiz şəkildə həyata keçirilir.
Hər bir yaşıllıq gələcəyimizə verilən dəyərdir.
