Bu gün, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad rayon Soltankənd kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Soltankəndə keçirilən görüşdə,rayon rəhbərilə yanaşı hüquq-mühafizə orqanının rəhbəri, idarə və təşkilatların rəhbərləri,və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.
Daha sonra rayon rəhbərliyi tərəfindən, sakinlərin təklif və müraciətləri, şikayətləri dinlənilib, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində,aidiyyəti üzrə idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı müraciətlərə də rayon rəhbəri tərəfindən müəyyən tapşırıqlar verilib. Həlli,rayon rəhbərliyinin səlahiyyətlərinin xaricində olan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib.
Qəbulda iştirak edən sakinlər,mövcud problemlərinin həll edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

















