Cəlilabad rayon icra başçısı növbəti dəfə rayonda görülən işlərlə tanış olub.

Ötən gün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, birinci müavin Qalib Xudaverdiyev və idarə müəsisə rəhbərləri rayonda aparılan abadlıq quruculuq işlərlə tanış olublar. Bu da onu deməyə əsas verir ki, rayon rəhbərinin  görülən işləri daim diqqətdə saxlaması ,rayonun inkişafına və yenidən qurulmasına müsbət təsir göstərəcək. 

Rafiq Müəllim rayonda tikilmiş  çoxmənzilli yaşayış binalarını əsaslı təmir olunmasına,yaşayış binalarının yerləşdiyi ərazidə vətəndaşların daha rahat yaşaması,xüsusilə azyaşlıların istirahətini,rahatlığını təmin etmək məqsədilə xüsusi diqqət ayrıldığını vurğulayıb. Bütün bunlar rayonun inkişafına və ümumi görünüşünə müsbət təsir göstərəcək.

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda görülən işlərə mütəmadi baxış keçirməsi, vətəndaşların daha rahat və təhlükəsiz yaşamalarına  xüsusi şərait yaradır. Həmçinin görüləcək işlərin sırasında yeni salınacaq bayraq meydanının tikintisinə xüsusi diqqət yetirdiyini vurğulamışdır.

Sonda rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda bütün sahələrdə görüləcək işlərin bundan sonra da davam etdiriləcəyini açıqladı.

Rayonumuz üçün xeyirli olsun!

 

Exit mobile version