HomeBölgələrCəlilabad Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır Bölgələr Cəlilabad Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır by admin 2 yıl ago 109 0 0SharesFacebookTwitterPinterest Hazırda Cəlilabad rayonunun Maşlıq, Muğan və Söyüdlü kəndlərində istixana şəraitində yetişdirilən kartofun yığımı aparılır. Fermerlərin Tartv.az-a verdiyi məlumata görə, yığımın əvvəlində örtük altında yetişdirilən kartofun qiyməti 1 manat 30 qəpikdən etibarən satılmağa başlayıb. Lakin son günlər təklif olunan qiymət onları narazı salıb. “Kartof məhsulunun becərilməsi çox xərc aparır. Kartofun sortundan asılı olaraq 1 hektar faraş kartof sahəsinə 7-9 min manat vəsait xərclənir. Hazırda təklif olunan qiymət bizi qane etmir. Çünki məhsulu alan sahibkarlar kartofu bizdən 80-90 qəpiyə istəyir. Lakin bu qiymət xərclərimizi belə qarşılamır. Heç olmasa, 1 manat civarında qiymət qalarsa, müəyyən qədər vəziyyətdən çıxmaq olar”, – onlar vurğulayıblar. Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda minə yaxın fermer kartof məhsulunu çıxarmağa başlayıb. “Hər gün Rusiya bazarlarına 200-250 ton kartof göndərilir. O ki qaldı qiymət məsələsinə, bununla bağlı alıcılarla söhbət aparılıb və alış qiymətinin 1 manat civarında qalması təmin olunub. Lakin gələcəkdə açıq sahələrdə kartof çıxarılması zamanı məhsul bolluğu ilə əlaqədar qiymətlərin enməsi müşahidə oluna bilər”, – məlumatda qeyd olunub. Qeyd edək ki, ötən il Cəlilabad rayonunda sahələrdən 160 min tona yaxın kartof məhsulu tədarük edilib. Obyektivtv.az 0SharesFacebookTwitterPinterest Yorum bırak Related Content Cəlilabadlı şagirdlərdən növbəti uğur: Qızıl və bürünc medal qazandılar – FOTOLAR By admin 1 saat ago Cəlilabadlı şagirdlərdən növbəti uğur: Qızıl və bürünc medal qazandılar – FOTOLAR By admin 2 saat ago 20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi By admin 7 saat ago Azərbaycanda Məhərrəm ayı başladı By admin 1 gün ago Bu qədər ərazini Rusiyadan geri aldıq – Zelenski By admin 1 gün ago Putinlə danışıqlar qış başlamazdan əvvəl keçirilməlidir, əks halda Rusiyanı “ağır qış” gözləyir. Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib. O, bu yaxınlarda rusiyalı oliqarx Roman Abramoviçlə görüşdüyünü təsdiqləyib. Zelenski Kremlin bu gün təkzib etməsinə baxmayaraq, Putinə G7 sammitində danışıqlara qoşulmağı təklif etdiyini bir daha vurğulayıb. Ukrayna liderinin sözlərinə görə, Rusiya döyüş meydanında ayrı-ayrı istiqamətlərdə təşəbbüsü itirib və bir ay ərzində müdafiə qüvvələri istiqamətlərdən birində 100 kvadrat kilometr ərazini ələ keçirib. “Biz belə oyunlar oynamırıq, üçüncü bir ölkəyə ehtiyacımız var: bu, Rusiya və Ukrayna deyil”, – Zelenski Rusiyanın Moskvada görüş keçirmək təklifini şərh edərkən deyib. Ukrayna Prezidentinin fikrincə, belə bir platforma İsveçrə, Türkiyə, Yaxın Şərq ölkələri və hətta ABŞ ola bilər. “Rusiya cəmiyyətinin 60%-i müharibəni dayandırmaq istəyir”, – o əlavə edib. By admin 1 gün ago