Cəbrayılda qəzaya düşən Binəli Yıldırımdan ilk – Açıqlama

Cəbrayılda yol qəzasına düşən AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, Yıldırım sosial şəbəkə paylaşımında yazıb:

“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq.

Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”.

Exit mobile version