Dünən, 10.04.2026-cı il tarixində, Sosial Şəbəkədə Cəlilabad rayonunun Petrovka ərazisində yerləşən körpünün dayaq hissəsinin kəsilərək oğurlanması barədə yazı dərc olunmuşdur.
Bu gün həmən ərazidə oldum, kəsimə məruz qalan dəmir parçalarının torpaq altında qalaraq erroziyaya uğradığını gördüm.
Ən əsası isə kəsilən dəmir parçalarının körpünün dayaq sütunları ilə heç bir əlaqəsi olmadığının şahidi oldum.(mühəndis rəyinə əsasən) və heç bir yükü üzərində saxlamır, körpünün sütunlarından təxminən 10-12 metr kənardadır.

Bu zibillikdən təmizlənmiş dəmir parçalarını kəsmək istəyən şəxs ikinci Qarabağ müharibəsinin iştirakçısı İbrahim Habilin oğlu Mehdiyevdir.
Məsələyə aydınlıq gətirmək üçün İbrahimlə əlaqə saxladıq, mənə bildirdi ki,bir neçə aydır həmin körpünün kənarındakı torpaq altında qalaraq çürümüş dəmir parçalarını çıxarıb satmaq üçün çalışıram.
Məni buna məcbur edən övladımın vəziyyətinin ağır olmasıdır, həkimə aparmağa,kompleks müalicə etdirməyə pulum yoxdur

Birdə fikirləşirdim ki, onsuz da çürüyəcək və torpağa qarışacaq, ona görə də adiyyəti üzrə müraciət etdim ailə vəziyyətimizi nəzərə alaraq razılıq verdilər,və dərhal kəsib götürmək istədim.
Bu zaman Petrovkadan bir neçə nəfər yaxınlaşıb söh bət yaratdılar,və körpünün dirəklərini kəsməyə sizə kim icazə verib deyə, qışqır bağır saldılar. Sonra Bəhruz Əliyev əraziyə gəldi və çəkiliş etməyə başladı.
İbrahim deyir ki,mən də qardaşım Hasil də 052-nin mənsubu olmuşuq..Qardaşım Mehdiyev Hasil 8 medal və 052-nin ordeni ilə təltif edilmişdir. O, həmçinin Kəlbəcər ərazisində gedən döyüşlərdə sağ qıçını itirib.
Baxın, əziz dostlar! Bəzilərinin oğru adlandırdığı İbrahim Mehdiyev 2020-ci ildə ağır serebral iflic keçirən oğlunu Xəstəxanada həkimlərə təhvil vermiş, könüllü olaraq Qarabağda döyüşməyə getmişdir.
İki qardaş ölkənin çətin günündə vətənə şərəflə xidmət ediblər.. İbrahimə şərəfli xidmətlərinə görə hörmət və ehtiram göstərmək əvəzinə,qeyri-etik və əsassız videolar paylaşırıq.
Sonda sizə İbrahimin yaşadığı evin vəziyyətini təqdim edəcəyəm, baxın və İbrahimi o körpünün sütunu hesab etdiyiniz çürümüş dəmir parçalarını kəsməyə nəyin məcbur etdiyini özünüz qərar verin.
















