Bu gün 21 aprel 2026-cı il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərov bir qrup şəhid ataları ilə görüşüb.
Görüşdə məqsəd ,Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq, rayon rəhbəri tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemli və ardıcıl olaraq həyata keçiriləcəyini bildirmişdir.
Həmçinin, rayon rəhbəri qeyd etmişdir ki, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadd rayonunda da daim əziz tutulacaq.
Çay süfrəsi ətrafında təşkil olunmuş görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid ataları ilə səmimi söhbət edib,onları narahat edən problemlərinin həlli olunması, qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış,mövcud problemləri müzakirə etmişdir.
Eyni zamanda şəhid valideyinləri qəhrəman şəhid övladları ilə bağlı xatirələrini bölüşmüşlər. Şəhid ataları onlara daim qayğı ilə yanaşan rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

















