HomeBölgələrCəlilabad Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır Bölgələr Cəlilabad Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır by admin 2 yıl ago 111 0 0SharesFacebookTwitterPinterest Hazırda Cəlilabad rayonunun Maşlıq, Muğan və Söyüdlü kəndlərində istixana şəraitində yetişdirilən kartofun yığımı aparılır. Fermerlərin Tartv.az-a verdiyi məlumata görə, yığımın əvvəlində örtük altında yetişdirilən kartofun qiyməti 1 manat 30 qəpikdən etibarən satılmağa başlayıb. Lakin son günlər təklif olunan qiymət onları narazı salıb. “Kartof məhsulunun becərilməsi çox xərc aparır. Kartofun sortundan asılı olaraq 1 hektar faraş kartof sahəsinə 7-9 min manat vəsait xərclənir. Hazırda təklif olunan qiymət bizi qane etmir. Çünki məhsulu alan sahibkarlar kartofu bizdən 80-90 qəpiyə istəyir. Lakin bu qiymət xərclərimizi belə qarşılamır. Heç olmasa, 1 manat civarında qiymət qalarsa, müəyyən qədər vəziyyətdən çıxmaq olar”, – onlar vurğulayıblar. Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda minə yaxın fermer kartof məhsulunu çıxarmağa başlayıb. “Hər gün Rusiya bazarlarına 200-250 ton kartof göndərilir. O ki qaldı qiymət məsələsinə, bununla bağlı alıcılarla söhbət aparılıb və alış qiymətinin 1 manat civarında qalması təmin olunub. Lakin gələcəkdə açıq sahələrdə kartof çıxarılması zamanı məhsul bolluğu ilə əlaqədar qiymətlərin enməsi müşahidə oluna bilər”, – məlumatda qeyd olunub. Qeyd edək ki, ötən il Cəlilabad rayonunda sahələrdən 160 min tona yaxın kartof məhsulu tədarük edilib. Obyektivtv.az 0SharesFacebookTwitterPinterest Yorum bırak Related Content Vurulan gəmi Mənsimovundur – YENİLƏNİB By admin 18 saat ago Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailə üzvlərini qəbul edib By admin 4 gün ago Cəlilabadda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib By admin 5 gün ago Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu - 5 gündür itkin imiş By admin 5 gün ago Cəlilabad rayonunda 27-sentiyabr anım günü qeyd olunub By admin 1 hafta ago 26 sentyabr 2026-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Ürəyə köçən işıq” adlı tamaşa nümayiş olunub. By admin 1 hafta ago