Cəmiyyət

Bu gün Cəlilabad Aqrar İnkişaf Mərkəzinin direktoru Kərimov Rahib Mirzəxan oğlunun yubileyidir

Rahib Kərimov 1961-ci ilin aprel ayının 12-də Cəlilabad rayonunun Cəngan kəndində zəhmetkeş ailədə dünyaya göz açmışdır. Atası mərhum Mirzəxan Kərimov 1941-45-ci illər ərzində II Dünya Müharibəsinin iştirakçısı olmuşdur.

Rahib Kərimov 1968-ci ildə rayonun Cəngan kənd orta məktəbinə daxil olmuş, 1979-cu ildə orta təhsilini bitirərək məzun olmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmış, ardınca isə təhsilini davam etdirərək həm də, əmək fəaliyyətinə başlamışdır. Belə ki, ilk öncə Cəlilabad rayon Ruhulla Axundov adına Texnukumunda “Aqronomluq” fakultəsini bitirmiş, bundan sonra Gəncədə Kənd Təsərrüfatı İnstutunun “Mexanizasiya” fakultəsini oxuyaraq məzun olmuşdur. Bundan əlavə, Rusiya Federasiyası Dağıstan Respublikasının “Yujdaq” İnstitutuna qəbul olmuş, burada “Hüquqşünaslıq” fakultəsi üzrə ikinci ali təhsilə yiyələnərək diplomunu almışdır.

Daha sonra doğma Azərbaycanda üçüncü ali təhsilə imza ataraq Odlar Yurdu Universitetində magistratura pilləsi üzrə “Maliyyə” fakultəsində qiyabi təhsil almış və universiteti uğurla bitirərək məzun olmuşdur.

R. Kərimov 1979-cu ildən etibarən əmək fəaliyyətinə başlamış və bura qədər kənd təsərrüfatının demək olar ki, bütün sahələrində zəhmətlərə qatılmış, mexanizator, briqadir və s.vəzifələrində çalışmışdır. 25 yaşında ikən (1985-ci ildə) uğurlu və nümunəvi fəaliyyətinə görə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin deputatı seçilmiş, müstəqillik dövründə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin Cəngan kəndi üzrə ərazi nümayəndəsi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif olunmuşdur. Onun oğlu leytenant Mirzə Kərimov həm 2016-cı ilin Aprel döyüşlərində yaxından iştirak etmiş, həm də II Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanaraq ölkəmizin ərazi bütövlüyü yolunda vuruşmuş və rəşadət göstərmişdir.

Rahib Kərimov hal-hazırda Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM)-nin direktorudur. O, rəhbərlik etdiyi mərkəzdə Cəlilabad rayonunun kənd təsərrüfatını inkişaf etdirmək hədəfi ilə çalışır, bununla bağlı mütəmadi olaraq fermerlərlə görüş keçirərək onların problemlərinin həlli istiqamətində öz diqqət və qayğısını əsirgəmir.

Yüksək vəzifə sahibi və bacarıqlı rəhbər olmasına baxmayaraq hər zaman öz təvazökarlığı, səmimiyyəti, alicənablığı və yüksək mədəniyyəti ilə tanınan və hörmətə layiq görülən vətənpərvər və dövlətçi insan R.Kərimov həm də Cəlilabad rayonunda xeyirxah bir insan olaraq tanınır və hörmətə layiq görülür. Əldə olan məlumatlara görə, təkcə II Qarabağ Müharibəsindən sonra 100-ə yaxın şəhid ailəsi ilə tək-tək görüşərək onlara yüksək məbləğdə maddi yardım göstərmiş və problemlərinin həllinə çalışmışdır. Bu şəxsiyyət xalq arasında olan hörməti də məhz bu kimi insani dəyərləri və gözəl xüsusiyyətlərinə görə qazanmış və insanların qəlbində özünə yer tutmuşdur.

Hakim Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının şura üzvüdür. Ailəlidir, 4 övladı (2 qızı və 2 oğlu) var. İzmedia.az komandası olaraq mətbuatın dostu olan Rahib müəllimi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, səmərəli fəaliyyətində uğurlar arzulayırıq

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir