“COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur”. 24News.ge xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin bəyanatında deyilir. O deyib ki, “COP29-un başa çatması rekord temperatur və iqlim fəlakətləri ilə yadda qalan çətin bir ili başa vurur, eyni zamanda, emissiyalar artmaqda davam edir. Baş katib, borc yüklərindən, iqlim şoklarından və bərpaolunan enerji mənbələrinə keçiddə geridə qalan inkişaf etməkdə olan ölkələr üçün kritik maliyyə ehtiyacını vurğulayıb. Onun sözlərinə görə, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət kəsb edir: “Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir. Öhdəliklər sürətlə real fondlara çevrilməlidir. Yeni maliyyələşdirmə hədəfinə nail olmaq üçün bütün ölkələr qüvvələrini birləşdirməlidirlər”. Quterreş, həmçinin tullantıların azaldılması, enerji keçidinin sürətləndirilməsi və karbon bazarlarına yanaşmaların uyğunlaşdırılmasında irəliləyiş də daxil olmaqla, COP29-un əsas nailiyyətlərini vurğulayıb. O, ölkələri, xüsusən də G20 qrupuna daxil olan ölkələri COP30-dan xeyli əvvəl 1.5°C hədəfinə cavab verən yeni Milli İqlim Fəaliyyət Planlarını təqdim etməyə çağırıb. Quterreş yekunda COP29un yüksək səviyyədə keçirilməsinə görə, Azərbaycan hökumətinə və COP29-un prezidenti Muxtar Babayevə görkəmli liderliklərinə, eləcə də UNFCCC-nin icraçı katibi Saymon Still və BMT komandasına mühüm töhfələrinə görə təşəkkürünü bildirib.
BMT baş katibi Azərbaycana təşəkkür etdi: “COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır”
-
by admin - 102
- 0

Yorum bırak
Related Content
-
Prezident Azərbaycan xalqını təbrik etdi
By admin 4 gün ago -
Məşhur dustaqlardan əfvə kimlər düşdü?
By admin 2 hafta ago -
500 ton kartofun sahibi tapılmır - Gömrükdə çürüyür
By admin 2 hafta ago -
Rusiya bu gecə qitələrarası raket buraxacaq – Kəşfiyyat
By admin 3 hafta ago -
4 yol polisi zabitini küçədə yerə yıxıb qandalladılar - HADİSƏ ANI
By admin 3 hafta ago -
Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib
By admin 3 hafta ago