Biləsuvarda ev yandı: vəzifəli şəxsin anası öldü

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş.

Report-un məlumatına görə, hadisə nəticəsində 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Məlumata görə, o, DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Exit mobile version