Bayrağımıza uzadılan murdar əllər kəsilib və kəsiləcək… – deputat

İşğaldan azad olunmuş torpaqlarımızda dalğalalan Azərbaycan bayrağı… İdman meydançalarında qaldırılarkən əzəmətini göstərən Azərbaycan bayrağı… hər gün gözümüzün önündə duran, bizə müstəqilliyimizi xatırlayan Azərbaycan bayrağı. Səni başıpozuq vəhşi tayfanın ünsürü yandırsa belə, səndən heyif çıxa bilməzlər. Səndən qorxurlar, əziz bayrağım!
Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Cəfər Cabbarlı
44 Günlük Vətən Müharibəsində hər yerdə bayraq gördük. Gördükcə qürur duyduq. Bayrağımız maşınlarda, evlərin balkonlarında, uşaqların əlində, şəhidlərimizin dəfnində, işğaldan azad olunmuş torpaqlarımızda dalğalandı. Bayraq bizim milli identikliyimizin şahidinə çevrilib. Bayraq Milli Birliyimizin simvoludur.
Biz bayrağa olan sevgini heç kimdən götürməmişik, bu, bizim təbii hisslərimizdir. Qələbə duyğularımızdır. Bayrağımızı yeni nəfəslə qələbə simvoluna, həmrəylik simvoluna çevirmişik. Bayrağımıza uzadılan murdar əllər kəsilib və kəsiləcək…
Böyük şairimiz Əhməd Cavad belə yazmışdı:
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya bayrağım!
Böyük Məmməd Əmin Rəsulzadə isə belə demişdi:
Bir kərə yüksələn bayraq bir daha enməz!

Etibar Əliyev – deputat

Exit mobile version