İdman

Bakıda futbol meydançasında kütləvi dava – Yaralılar var + Yenilənib

Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.

“Qafqazinfo” xəbər verir ki, C.Hacıbəyli küçəsi 28 ünvanında baş verən davada 2010-cu il təvəllüdlü R.M. və 2011-ci ildə anadan olmuş Ü.Z. döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

***

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, yeniyetmələr arasında futbol meydançasının ətrafında baş verən dava ilə bağlı polis orqanında araşdırma aparılır: “Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub. Hadisənin digər iştirakçılarının da müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Nizam Rza

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir