“Azərişıq” ASC-nin Qlobal Regional Enerji Avadanlıqları və Satış İdarəsində kadr dəyişikliyi baş verib.
Obyektivtv.azın əldə etdiyi məlumata görə, bununla bağlı onun tabeliyində olan “Azərişıq” ASC-nin rəhbəri Vüqar Əhmədov müvafiq əmrlər imzalayıb.
Faktiki olaraq, İdarənin Biləsuvar Rayon Elektrik Şəbəkəsinin rəisi Rafael Məmmədov tutduğu vəzifədən azad edilib.
Yeni sərəncama əsasən, R.Məmmədov Cəlilabad Rayon Elektrik Şəbəkəsinə rəis təyin edilib.
Bundan başqa, Cəlilabad Rayon Elektrik Şəbəkəsinin əvvəlki rəisi Yasin Ədilov Lerik Rayon Elektrik Şəbəkəsinə rəis təyin edilib.