Azərbaycan

Azərbaycan Azərbaycan Bakı ağappaq oldu: Güclü qar yağır

“Obyektivtv.az” bildirir ki, qar bütün Abşeron ərazisini ağ rəngə boyayıb. Qar səbəbindən yollarda sürət həddi azaldılıb. Hazırda yağıntı davam edir.

 

Bildirək ki, ETSN Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasına yağacaq qarın gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

 

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.