Dünya

Almaniya vətəndaşlıq almaq qaydalarını asanlaşdırır

Almaniya federal hökuməti vətəndaşlıq almaq qaydalarını sadələşdirir.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, ölkə bunun üçün vətəndaşlığının alınması prosesini asanlaşdıran və mühacirlərin inteqrasiyası prosesini sürətləndirən qanun layihəsini təsdiqlənib

Qanun layihəsinə əsasən, ölkədə beş il yaşayan və ya “inteqrasiya sahəsində xüsusi nailiyyətləri” olan şəxslər Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.

Bu, Almaniyaya daha çox ixtisaslı kadrların cəlb edilməsi və işçi qüvvəsi çatışmazlığı probleminin həlli məqsədi daşıyır. Yeni qanunun gələn ilin yanvarında qüvvəyə minəcəyi gözlənilir.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.