• Əsas Səhifə
  • Cəmiyyət
  • Azərbaycan
  • Bölgələr
  • İdman
  • Dünya
  • Video
Sayt 2022-ci ildən fəaliyyət göstərir
Təsisçi - Abdullayev Laçın
Bizimlə Əlaqə - 050 629 63 63, 055 380 75 05
  • Home
  • Bölgələr
  • Ağstafada BİABIRÇILIQ: Qırlamadan asfalt tökdülər, yeni yola “yamaq” vurdular – İcra hakimiyyəti hara baxır? (FOTO + VİDEO)
Bölgələr

Ağstafada BİABIRÇILIQ: Qırlamadan asfalt tökdülər, yeni yola “yamaq” vurdular – İcra hakimiyyəti hara baxır? (FOTO + VİDEO)

  • by admin
  • 3 yıl ago
  • 111
  • 0
0
Shares
FacebookTwitterPinterest

Dəfələrlə yol abadlaşdırılması ilə bağlı tender  layihələr həyata keçirən Ağstafa Rayon İcra hakimiyyətinə rayonun mərkəzi küçələrindəki yolun biabırçı durumu görünür maraqlı deyil.

32gun.az-a daxil olan məlumata görə, qırlama  işi görülmədən yollarda asfalt tökülüb.

Bu saytımıza daxil olan video və foto görüntülərdən də aydın olur.

Bu da görülən işin keyfiyyətsizliyini üzə çıxarır.

Məsələ bununla bitmir.

Təmir işi görülən yolda avtomobil hərəkətə hər iki tərəfdən bağlıdır.  Lakin təmir işi baş tutarkən yolun bir tərəfi açıq olmalıdır ki, təcili yardım və ya yanğın söndürən maşınları çağırılan ünvana vaxtında çata bilsin. Eləcə də digər avtomobillər üçün…

Ağstafa Rayon icra Hakimiyyətinin qırlanmamış yolda asfalt işlərimin görülməsi “əməliyyatı”nı ört-bas etmək üçün bu əmələ əl atdıqları da iddia edilir.

Məsələnin üstü açıldıqdan sonra və yolun bir hissəsində çöküntü qaldığına görə  yenidən asfaltlanmış yolun bir hissəsi sökülüb, müəyyən qədər qırlama işləri görülüb. Daha sonra yenidən həmin hissə asfaltla yamaq vurularaq qapadılıb.

İşin digər biabırçı tərəfi yollara tökülən zibillər və mərkəzi küçədən gələn üfunət qoxusudur.

Yolun bağlı olma səbəbindən  Rayonun Kommunal Müəssisələr Kombinatı (KmK) maşınıları həmin əraziyə girib zibilləri daşımaqda aciz qalır.

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur.

Turantv.az

Facebook Twitter
    0
    Shares
    FacebookTwitterPinterest
    Yorum bırak

    Related Content

    • Vurulan gəmi Mənsimovundur – YENİLƏNİB

      By admin 21 saat ago
    • Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailə üzvlərini qəbul edib

      By admin 4 gün ago
    • Cəlilabadda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

      By admin 5 gün ago
    • Ermənistanda saxlanılan hərbçimizin kimliyi məlum oldu - 5 gündür itkin imiş

      By admin 5 gün ago
    • Cəlilabad rayonunda 27-sentiyabr anım günü qeyd olunub

      By admin 1 hafta ago
    • 26 sentyabr 2026-cı il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Ürəyə köçən işıq” adlı tamaşa nümayiş olunub. 

      By admin 1 hafta ago
    Back to top

    Sayt 2022-ci ildən fəaliyyət göstərir Təsisçi - Abdullayev Laçın Bizimlə Əlaqə - 050 629 63 63, 055 380 75 05

    Exit mobile version