Dövlət Reklam Agentliyinin tabeliyində fəaliyyət göstərən “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktorunun müşaviri vəzifəsindən azad edilib.
Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə “İNNOVA” MMC-nin icraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad olunub.
⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Dövlət Reklam Agentliyinin mətbuat xidmətindən bildirilib ki, bir müddət əvvəl “İNNOVA” MMC-də müşavir ştatı ləğv edildiyindən İnna Abbasovanın əmək müqaviləsinə xitam verilib.
















