Dünya

ABŞ Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-nin Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat səfirliyin saytında yerləşdirilib.

Səfirlik, həmçinin öz vətəndaşlarını Ukraynadakı münaqişənin “gözlənilməz nəticələrinə görə” Rusiyaya səfər etməkdən çəkinməyə çağırıb.

Bildirilir ki, Rusiyada olan amerikalıların saxlanılma riski mövcuddur.

Xatırladaq ki, ABŞ səfirliyi sonuncu dəfə ötən ilin sentyabrında öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırmışdı.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir