Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov,idarə və müəsisə rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin giriş hissəsində təşkil olunmuş 27 Sentyabr – Anım Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vətən sevgisi, qəhrəmanlıq və şəhidlərimizin müqəddəs xatirəsinin əbədiləşdirilməsi mövzusunda hazırlanan tamaşa, qazi İsmayıl Hüseynova həsr edilmişdir.
Tamaşada Vətən uğrunda canından keçən qəhrəmanların və sağlamlığını itirərək bu gün də Vətənə xidmət edən qazilərimizin keçdiyi şərəfli yol, torpaqlarımızın işğaldan azad olunmasında,göstərdiyi fədakarlıq və gənc nəsilə örnək olan həyat yolu bədii şəkildə nümayiş etdirilib.
“Ürəyə köçən işıq” tamaşası izləyicilərdə dərin təəssürat yaradıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirin keçirilməsində əsas məqsəd, Vətən müharibəsi qəhrəmanlarının şərəfli döyüş yolunu gələcək nəsillərə çatdırmaq və onların əziz xatirəsini daim yaşatmaq olub.

















