20-yanvar şəhidlərinin xatirəsi Cəlilabad rayonunda böyük hüzünlə yad edildi.

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi yazılan 20-yanvar faciəsinden 36-il keçməsinə baxmayaraq, xalqımız hər il bu faciə qurbanlarının xatirəsini böyük hüzünle yad edir.

Bu faciə Azərbaycan xalqının yaddaşına qanla yazıldı 1990-cı il yanvarın 19-dan 20-nə kəçən gecə SSRİ-Ali sovetinin rəyasət heyətinin qərarına əsasən Azərbaycanda fövqəladə vəziyyət elan edərək, Azərbaycana ordu yeridildi.

Azərbaycan xalqı öz müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək, qanları ilə şanlı tarixini yazdılar.Bu faciə nəticəsində 147-nəfər şəhid,744-nəfər yaralı,841-nefər həps olunmuşdur.

Bütün bunlara baxmayaraq Sovet Rusiyası Azərbaycan xalqının iradəsini, əqidəsini və azadlıq eşqini boğa bilmədi.20-yanvar faciəsi hər il paytaxt Bakıda olduğu kimi, bölgələrdə də qeyd olunur

Bu gün, 20-yanvar 2026-cı il “Qanlı yanvar”faciəsindən 36- il keçməsinə baxmayaraq, Azərbaycanın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da 20-yanvar şəhidlərinin xatirəsi hörmətlə qeyd olunur.

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri,idarə və müəssisə rəhbərləri, onların əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyəti şəhidlər xiyabanına gələrək, abidə kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərimizin əziz xatirəsini hörmətlə yad etdilər.

Bakı vaxtı ilə saat 12 – °°da 20-yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Exit mobile version