2-saylı C-Çəkmə müəsisəsinin məhkumu Prdzident köməkçisindən kömək istəyir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, sözü gedən şəxs Cəlilabad rayonunun Əsədli kənd sakini Ələsgərov Qabil Qarabağ oğludur.

Beş ildən çoxdur 2-saylı cəza çəkmə müəssisəsində saxlanılan məhkum, üçüncü dərəcəli (psixi diaqnozlu ömürlük xəstədir).

Məhkum Ələsgərov Qabil Qaraxan oğlunun, Prezidentin hüquq məsələləri üzrə köməkçisi Fuad Ələsgərov cənablarına müraciətini yazdığı kimi təqdim edirəm.

Hörmətli Fuad müəllim!

Məhkum olunduğum gündən 2024-cü ilin sonuna qədər, dövlətin mənə verdiyi dərmanlarla təmin olunmuşam.

lakin, Ədliyyə Nazirliyinin struktur dəyişikliklərindən sonra,yeni təyin olunmuş Ədliyyə naziri bütün sahələrdə olduğu kimi, penitensiar xidmət sahəsi və tib xidməti sahələrindədə bir neçə dəyişiklik etmişdir.

Ədliyyə naziri Fərid Əhmədovun digər sahələrdə apardığı islahatlar müsbət nəticə mersədə,2-saylı Penitensiar Xidmətinin tibbi sahəsində isə əksinə.

Beləki Ədliyyə nazirinin Tibbi Baş idarəsinin sabiq rəisi,Ədliyyə generalıRafayıl Mehdiyev bu sahəyə rəhbərlik etdiyi dönəmdə bütün məhkumlar tibbi ləvazimatlarla,dərmanlarla vaxtı vaxtında təmin olunurdu,həkim nəzarətinə qədər.

Hətta mən özüm bir neçə dəfə həkim Elşən Novruzov tərəfindən müayinə və müalicə olunmuşam.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Fərid Əhmədovun Tibbi baş idarəsinə təyin etdiyi Ədliyyə mayoru Cəmil Kamilli və onun CM dəki nümayəndəsi Səddam Hüseyinli  bu sahəyə rəhbərlik etdikləri  vaxtdan,biz məhkumların necə deyərlər “qara günləri “başlayıb.

Adlarını qeyd etdiyim bu iki şəxs,konkret olaraq biz məhkumları həkim nəzarətindən məhrum edib,nə bir dərman ala bilirik,nə bir həkimə müraciət edə bilirik.

Fuad müəllim!sizə əminliklə deyirəm ki,hazırda 2-saylı CM-nin Tibb sanitar hissəsinin baş həkimi bizə pullu xidmət təklif edir.

O,zaman bizim üçün əyrılan dərman peraparatı,lazım olan ləvazimatları kim mənimsəyir?bunun da nəticəsində biz məhkumları dövlətdən narazı salmağa çalışırlar.

Bütün bunların bir başa günahkarları isə,C.Kamilli və S.Hüseyinlidir.Məhkumların maddi imkanları pullu xidmətdən yararlanmağa imkan vermir.

Fuad müəllim!Mən belə başa düşürəm ki,bu cür davam etsə mən buradan sağ çıxıb,ailəmə qovuşa bilməyəcəm.

Hörmətli Fuad müəllim!

Bütün bu baş verənlər barədə Ədliyyə naziri F.Əhmədova müraciət etsəmdə, heç bir nəticə verməyib.

Odurki sizdən bir Azərbaycan vətəndaşı olaraq acizanə xahiş edirəm məni həkim nəzarətində saxlamaqla,dərmanlarla təchiz olunmağım üçün ,aidiyyəti üzrə müvafiq göstərişlər verəsiniz,və mənim vəziyyətimlə maraqlanasız.

 

2-Saylı Cəza çəkmə müəssisəsinin məhkumu Ələsgərov Qabil Qaraxan oğlunun müraciəti.

 

 

 

 

Exit mobile version