Millət Vəkili vətəndaşları qəbul edib.

Bu gün Cəlilabad şəhərində, H.Əliyev Mərkəzində, millət vəkili Malik Həsənovun təşəbbüsü ilə təsdiq edilmiş qrafikə uyğun olaraq vətəndaşlarla növbəti görüş keçirilib.

Görüş zamanı Cəlilabad sakinləri,onları narahat edən problemləri, həyat tərzlərinə təsir edən vacib məsələlərlə bağlı öz problemlərilə  bağlı Malik müəllimə müraciət ediblər.

Hər bir müraciət diqqətlə dinlənilib,
vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlər müvafiq qaydada həll edilib, digər müraciətlər isə aid olduqları qurumlara yönləndiriləcəyi bildirilib.

Görüşdə iştirak edən sakinlərə,qarşılaşdıqları problemlərin  mümkün qədər tez həlli olunması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Sonda onu da qeyd etməliyəm ki, bu cür vətəndaş qəbulu Malik müəllim tərəfindən dəfələrlə mütəmadi olaraq təşkil olunmuş,  bundan sonra da proqrama uyğun olaraq təşkil olunacaq.

 

Exit mobile version