Bu gün, 29.03.2026-cı il tarixində, Cəlilabad rayonunda Alar kəndində anadan olan Şəhid Qasımov Rəşad Ənvər oğlunun doğum günü qeyd edildi. Şəhidin doğum günündə şəhidin valideynləri, şəhidin qohumları,Şəhid ataları,Qazilər,Alar kənd nümayəndəliyi və bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
Şəhidin məzarı ziyarət edildikdən sonra onun yaşadığı evdə ehsan surəsi təşkil olunmuş, şəhidin ruhuna dualar oxunmuş, Şəhidin həyat yolu və qəhrəmanlığından danışılmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə və yaxınlarına səbr versin.

















