Cəlilabad rayon Göytəpə şəhər polis bölməsinin rəisi növbəti dəfə təltif olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə şəhər polis bölməsinin rəisi, daxili işlər orqanlarında şərəflə xidmət etmiş polis polkovnik–leytenantı Asif Saday oğlu İmanov Dövlət Sərhəd xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin  14.08.2024-cü il tarixli 0202 nömrəli əmri ilə Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi yubiley ilə əlaqədar təltif olunmuşdur.Medalı Cəlilabad rayon Göytəpə şəhər sərhəd xidmətinin rəisi Rauf Abdullayev təqdim etmişdir.Təqdimat zamanı Cənab prezidentin məqsədyönlü siyasətinin bariz nümunəsi olan Daxili İşlər Orqanında görulən işlərdən və Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun xidmətləri xüsusi qeyd olunmuşdur.

Göytəpə şəhər polis bölməsinin rəisi Asif İmanov Cəlilabad rayon Polis şöbəsinin rəisi cənab Polad Qarayev tərəfindən də bir neçə medalla təltif olunub.

Xüsusi ilə qeyd etməliyik ki,Polad müəllimin tapşırığı ilə Cəlilabad rayonunda narkotik və narkomaniyaya qarşı güclü mübarizə aparılır,o cümlədən Göytəpə şəhər polis bölməsində Asif İmanov tərəfindən bu işlər davam etdirilir.Biz də öz növbəmizdə başda Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Polad müəllim olmaqla bütün polis əməkdaşlarına  bu şərəfli işlərində uğurlar arzulayırıq.

Asif müəllimi təbrik edir, işlərində uğurlar arzulayırıq!

Exit mobile version