Ərdoğan anonsunu verdi – Azərbaycanla bağlı kritik qərar

 21 Oktyabr 13:39
 3 973
   

“Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq”.

Obyektiv tv.az”Teleqraf.kom”saitinə istinadən xəbər verir ki, bunu Azərbaycan səfəri barədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zəngilan və digər hava limanlarının açılması ilə azad edilmiş bölgələrə turist səfərləri üçün yollar da açılacaq. Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. Düşünürəm ki, lazımi infrastrukturlar bir il ərzində tamamlanandan sonra Şuşaya nəqliyyat xeyli asanlaşacaq. İlham bəy dedi ki, gələn il üçün bura çox ciddi vəsait ayırıblar və ayırmağa davam edəcəklər.

Türkiyəli podratçılarımız da bildirirlər ki, planlar reallaşsa, bir və ya il yarıma işləri bitirəcəyik. Təbii ki, dəmir yolu ilə yanaşı, avtomobil yolları da var. Bunları da bitirməyə qərarlıdırlar. Bunları bitirən kimi artıq Şuşaya yol asanlaşacaq və açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq

  • Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. İlham bəy bundan sonra xüsusilə tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluq açırıq”, – Türkiyə lideri bildirib.
Exit mobile version