“Ən bərbad mağaza olduğunuzu sübut etdiniz” – Xaricdən mal daha tez gəlir, nəinki…

“Kontakt Home`dan 24.11.2023 tarixində ödənişini etdiyim məhsulu hələ də əldə edə bilmirəm.

3 dəfə mağazaya yaxınlaşıb, 5 dəfə “call center” ilə əlaqə saxlasam da, hər dəfə “məlumat veriləcək” bəhanəsi ilə dəstəyi asıb, geridönüş etmirlər.

“5-7 gün ərzində çatdırılacaq” dedikləri məhsul 17 gündür çatdırılmır. “Trendyol”dan sifariş verilən məhsul 5 günə gəlir, Bakıxanov mağazasından Mərdəkan mağazasına 17 gün ərzində məhsul çatdırıla bilmir.

Bir daha ən bərbad mağaza olduğunuzu sübut etdiniz…”

Şikayətçi: İmran Cəfərli – Mənbə: “Müştərinin Səsi” SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Exit mobile version