Şikayətçilərin bildirdiyinə görə pulun bir hissəsini Xətai rayonu ərazisində yerləşən özəl klikaların birində,digər  bir hissəsini isə Səbail rayonu ərazisində yerləşən Xüsusi  Müalicə Sağlamlıq Kompleksində veriblər.
Lakin vətəndaşların üz tutduqları və adları çəkilən həkimlərin onlara verdikləri sənədi təqdim etdikləri növbəti instansiyada – Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində onlara deyiblər ki, sənədlər keçərsizdir.

Mediatv.az xəbər verir ki, vətəndaşlar qeyd edirlər ki, Leyla və Mehriban adlı həkimlər cütlüyü onların dələduzluq yolu ilə ələ keçirdikləri pullarından 4000 (dörd min) manatı qaytarsalar da, qalan hissəsini qaytarmaqdan yayınırlar. Bildirirlər ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə və Səbail rayon Polis İdarəsinə şikayət etsələr də, hələ də aparılan araşdırmanın müsbət nəticəsi yoxdur.
Araşdırmamız davam edir..

Video Oynadıcı
00:55
04:51