Əhəd Abıyev deputat olacaq? – Açıqlama

Uzun illər deputat, daha sonra Daşkəsənin icra başçısı vəzifəsində işləyən Əhəd Abıyev bir müddət öncə vəzifəsindən azad olundu.

Maraqlıdır, 15 il deputat, 12 il icra başçısı vəzifəsində işləyən Əhəd Abıyev qarşıdakı parlament seçkilərində iştirak edəcəkmi?
O, Bakupost.az -a açıqlamasında seçkiyə qatılmaq niyyətində olmadığını bildirib.
“Vaxtında üç dəfə deputat seçilmişəm. İndi yenidən parlament seçkilərində iştirak etmək fikrim yoxdur”, – deyə Əhəd Abıyev vurğulayıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının üzvü olan Ə.Abıyev birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib və 2023-cü ilin iyul ayının 17-nə kimi bu vəzifəni icra edib.
Vasif Əlihüseyn
BakuPost
Exit mobile version