Zəfər Günü ilə əlaqədar bu gün səhər saatlarından Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir.
Ziyarətçilər Vətən müharibəsi şəhidlərinin məzarına gül dəstələri düzür, onların xatirəsini yad edirlər.
Xatırladaq ki, 2020-ci ildə 44 gün davam edən müharibədə 2 906 nəfər torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.
“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılovun İkinci Şəhidlər xiyabanında lentə aldığı fotoları təqdim edirik:
