Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra indiyədək 21 793 mülki şəxs zərər çəkib.
Obyektivtv xəbər verir ki, bu barədə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Qeyd olunur ki, rusların hücumları zamanı 8 173 nəfər həlak olub. Rusiyanın təcavüzü nəticəsində 13 620 nəfərin yaralandığı qeyd olunur.
















