Cəmiyyət

Sabiq nazirin oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı – SİYAHI

Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlama aparılıb.

Məlum olub ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmlaklardan yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini, əsasən, övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu da olub.

Qiymətləndirmə zamanı məlum olub ki, Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18 605 500 manatdır. Həmin əmlakların siyahısını təqdim edirik:

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.