Qəzzada yararsız hala düşən yaşayış məntəqələrinin sayı açıqlandı

09 October 2023, Palestinian Territories, Khan Yunis: Palestinians inspect the rubble of a destroyed house, following an Israeli airstrike on Khan Yunis in the southern Gaza Strip. Israel pounded the Gaza Strip overnight as fighting with Islamist Hamas militants continues. Photo by: Yousef Mohammad/picture-alliance/dpa/AP Images

Qəzzada 2500-dən çox yaşayış məntəqəsi dağıdılıb və ya ciddi şəkildə zədələnib və yaşayış üçün yararsız hala düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millət Təşkilatının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, daha 23.000-ə yaxın ev isə orta və ya kiçik ziyana məruz qalıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Exit mobile version