Obyektivtv.az“Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndində yerləşən çayxanalardan birində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri – 42 yaşlı Eldəniz Hüseynov ilə 36 yaşlı Samik Bayramov arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Eldəniz Hüseynov həmkəndlisinə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Ona döş qəfəsi və bud nahiyəsinin açıq yaraları diaqnozu qoyulub və əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
















