İsrail ordusunun mətbuat xidməti radikal HƏMAS hərəkatının iki komandirinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.
“Ölkə.az” bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
Mətbuat xidməti qeyd edib ki, zərbələr İsrail Baş Təhlükəsizlik Xidməti və ordusunun kəşfiyyat məlumatlarına uyğun olaraq həyata keçirilib.
















