İranda Müdafiə Nazirliyinin zavoduna dronlarla hücum edildi – Video

İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.
Obyektivtv.az xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, hücum yanvarın 28-də yerli vaxtla saat 23:30-da baş verib.
Qeyd olunub ki, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb.
Nazirlikdən verilən açıqlamada zavoda cidi ziyanın dəymədiyi və hər hansı itkinin olmadığı qeyd olunub.
Sosial şəbəkələrdə zavodda baş verən partlayışın görüntüləri yayılıb.

Exit mobile version