Bölgələr

Ermənilər Xankəndidə azərbaycanlıları şərləyib həbs etdirdilər”

həbs cəzası, Söhrab Məmmədov isə bəraət alıb. Hətta bu saxta qərarın da kifayət qədər sərt olmasına baxmayaraq ermənilər məhkəmə zalına hücum edib, Ələmşad və Ərşadı öldürüb, Söhrabın olduğu dustaq maşınına isə od vurublar. Sonra onlar hər üç azərbaycanlının meyitinə od vurub yandırıblar.

“Qafqazinfo” xəbər verir ki, ermənilər tərəfindən üç azərbaycanlının yandırılmasına şahidlik edən Xankəndi rayonu, Nizami Gəncəvi adına 4 saylı orta məktəbin riyaziyyat müəllim Nadir Rəşidov “Report”a açıqlamasında hadisə ilə bağlı öz acı təəssüratlarını bölüşüb.

Hadisə vaxtı 12 yaşında olmuş Nadir Rəşidovun sözlərinə görə, məhkəmə prosesi bitdikdən sonra ermənilər məhkumların aparıldığı avtomobili aşırıb və onları yerindəcə güllələyib, cəsədlərin üzərinə isə benzin tökərək amansızcasına yandırıblar:

“Üç nəfər azərbaycanlının ermənilər tərəfindən yandırılaraq vəhşicəsinə qətlə yetirildiyini eşitdim. Qətlə yetirilənlərdən biri Qaradağlı kənd məktəbinin direktoru Ərşad Məmmədov idi. Hansı ki, həmin Qaradağlı kəndindən bir erməni uşağı itkin düşmüşdü. İki-üç gün sonra kəndin kənarında itən uşağın cəsədi tapılıb. Elə azərbaycanlılara qarşı törədiləcək vəhşilik aktının biri də bu zaman baş verib. Ermənilər qətl hadisəsində Məmmədov Ərşad Daşdəmir oğlu, Məmmədov Zöhrab Səhrəman oğlu və Məmmədov Ələmşah Xanlar oğlunu şərləyərək həbs etdilər. Xankəndində məhkəmə keçirildi və onlara hökm oxundu”.

O zaman ermənilərin azərbaycanlılara qarşı aqressiyasını hələ tam başa düşmədiklərini bildirən N.Rəşidov qeyd edib ki, ermənilər Qarabağla bağlı iddialarını bu cür süni çaxnaşmalar salaraq dilə gətirməyə çalışırdılar:

“Onlar elə görüntü yaratmağa çalışırdılar ki, sanki burada azərbaycanlılar ermənilərə qarşı etnik zəmində hansısa təhlükə törədə bilərlər. Halbuki əksinə, Xankəndində yaşayan azərbaycanlılar vahimə, qorxu içində idilər. Bu hadisədən sonra bir sıra azərbaycanlı ailələr bir neçə ay Xankəndindən ətraf kəndlərə köçdülər. Hətta evlərini satıb buranı tamamilə tərk edənlər də var idi. Öldürülən uşaq da elə ermənilərin özləri tərəfindən öldürülmüşdü. Çünki Qarabağda baş verən bu cür hadisələr ermənilərin məkrli planlarına xidmət edirdi. Azərbaycanlıları bu ərazilərdən köçə məcbur etmək, didərgin salmaq üçün səbəblər lazım idi, həmin səbəblər isə ermənilər tərəfindən süni şəkildə yaradılırdı”.

“O zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyev Qarabağda sakitliyi bərpa etdi. Heydər Əliyev Xankəndinə səfər etdi. Şuşada müşavirə keçirildi və azərbaycanlılara qarşı törədilən vəhşilik hadisəsinin iştirakçısı olmuş bütün cinayətkarlar bir gecədə həbs edildi. Bundan sonra şəhərdə elə bir sakitlik yarandı ki, sanki belə hadisə baş verməmişdi”, – N.Rəşidov vurğulayıb.

Qeyd edək ki, ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilən üç nəfər azərbaycanlı aşağıdakılardır:

1. Məmmədov Ələmşah xanlar oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunun bağ gözətçisi işləyib, orada yaşayıb.

2. Məmmədov Zöhrab Səhrəman oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunda sürücü işləyib, orada yaşayıb.

3. Məmmədov Ərşad Daşdəmir oğlu əslən Qaradağlı kəndindən olub, Xocavənd rayonunun Kuropatkino kənd sovxozunda məktəb direktoru işləyib və orada yaşayıb.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.