“Qafqazinfo” olaraq Zəfər Günü ərəfəsində qazimizlə həmsöhbət olduq, 3 il əvvəlki Zəfər tarixini vərəqləyib – ilk döyüş tapşırığı, ən çətin əməliyyatları, qələbə xəbərini alanda keçirdiyi hisslərdən danışdıq.
Videoreportajı yutubdan izləmək üçün link
Qəhrəmanımız bizə filmlərdən tanış olan müharibə səhnələrini 44 gün ərzində şəxsi heyəti ilə birlikdə bütün gerçəkliyi ilə yaşayıb. O, təkcə döyüşdə qalib olmayıb, həm də müharibədən sonra tutulduğu xərçəng xəstəliyinə də hərbçi qətiyyəti ilə qalib gəlib. Artıq iki ildir ki, səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunan keçmiş döyüşçü Müdafiə Sənayesi Nazirliyində çalışır.
Vətən Müharibəsi Qəhrəmanı, Kəlbəcər, Ağdam və Suqovuşanın işğaldan azad olunmasına görə verilən medallarını şərəflə daşıyır. Özünün də dediyi kimi, sinəsində parlayan həm də şəxsi heyətin əməyidir: “Xüsusi təyinatlı kəşfiyyat bölüyünün ilk tapşırığı Murov zirvəsi ilə bağlı olub. O tapşırığı çox gözəl xatırlayıram, düşmən postlarından sızaraq arxada yerləşən Murov zirvəsini düşməndən təmizləməli idik. Çox professionalcasına hərəkət edərək heç bir itki vermədən dəniz səviyyəsindən 3340 metr hündürlükdəki mövqeyi işğalçılardan azad etdik.
.jpg)
Murova bayrağımızı sancmışdıq, amma düşmən sağımızdan-solumuzdan, önümüzdən minatanlardan bizi atəşə tuturdu. Deyirlər e, insan heç nədən qorxmur, əslində hər insanın müəyyən qorxuları var. Döyüşçülər isə, sadəcə, o qorxuları idarə edirlər. Fikirləşdik ki, belə vəziyyətdə bəlkə, bayrağımızı ağaşı salaq. Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev bayrağı aşağı endirməyə qoymadı. Dedi ki, bu bayraq dalğalansın deyə, nə qədər canlar şəhid oldu. Qoy bundan sonra daha yüksəklərdə dalğalansın. O epizodun insanı kövrəltməməsi mümkün deyil…”
Q. Ağayev döyüşdən bir neçə gün əvvəl ata olubmuş. Övladının üzünü doyunca görmədən komandanlığın əmrinə əsasən, cəbhəyə yollanıb: “Müharibədən əvvəl rayonda məzuniyyətdə idim, sentyabrın 23-ü qızım doğuldu. Komandanlıqdan zəng edib qayıtmalı olduğumu dedilər, ayın 25-i Bakıya qayıtdım. Əks-hücum gözlənilirdi, çünki bundan əvvəl Tovuz döyüşləri baş vermişdi, bizim səngər generalımız Polad Həşimov və onunla birgə hərbçilərimiz şəhid olmuşdular. Biz artıq yerimizdə dayana bilmirdik, hər an növbəti komandaya hazır olmaq üçün tətikdə idik.
Mən heç qızımın üz quruluşunun necə formalaşmasını görmədən döyüşə yollandım. Mənim kimi neçə qəhrəman qardaşlarım da eyni situasiyanı yaşayıblar. Öz övladlarının üzünü görmədən, qoxusunu duymadan döyüş meydanında düşmənə qan udduraraq şəhidliyin zirvəsinə qalxıblar. Düşmənlə birbaşa təmasa girdiyimiz anlarda ailə, övlad, valideyn – heç bir şey fikirləşə bilmirdik. Yalnız qarşımıza qoyduğumuz tapşırığı icra etməyi,
qoyulmuşdu. Azərbaycan xalqı heç nəyi unutmur, əsgərinin ayaq basdığı yerə qərənfillər düzülmüşdü. Həmçinin Suqovuşanda düzənlənən bir tədbirdə iştirak etmişdim. Ora mənim döyüşdüyüm ərazidir. Orada hər qayada, dağda, hər metrdə döyüş yoldaşlarımızla birgə çətin anlarımız, susuz, güllə və mərmilər altında irəliləməyimiz yuxu kimi yaddaşımdan gəlib keçdi”.
Vətən Müharibəsi Qəhrəmanı qələbə xəbərini ən gözləmədiyi formada və məqamda alıb. Şəxsi heyətlə komandanlıq tərəfindən gələn tapşırığı icra etməli, düşmənin təminatını bağlayıb döyüşsüz qələbə qazanmalı idilər. Vəziyyət o həddə çatmışdı ki, düşmən artıq 3-5 milyonluq texnikanı vurmaq üçün olan silahları tək əsgəri vurmaq üçün istifadə edirdi. Yəni, son şansları bu idi: “Bizim o zaman xəbərimiz yox idi ki, müharibə sonlanır. Həmin vaxt komanda gəlməli, hücum etməli idik. Lakin komandanlıqdan mənə “geriyə çıx!” əmri gəldi. Bu, məni çox əsəbiləşdirdi. Çünki döyüş sırasında bizə belə əmr gəlməmişdi, ancaq “irəli!” deyilirdi. Axı bölməmiz tapşırığı icra etməyə hazırdır, niyə geriyə çıxmalı idik?! Bunu müzakirə edəsi deyildik, çünki komanda komandadır. Şəxsi heyəti geri çağırdım. Komandanlıq bizi gözləyirdi, komandirdən həmin əmrin niyə verildiyini soruşanda dedi ki, “Təbrik edirəm, Qəzənfər, qələbə bizimdir.



















