Bu gecə də Rusiyanın paytaxtı Moskva şəhərinə dron ilə hücuma cəhd olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb
“Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatını məhv edib. Tələfat və dağıntı yoxdur”, – deyə S. Sobyanin bildirib.
Xatırladaq ki, son 4 gecədə Rusiya ümumi 5 dron hücumuna məruz qalıb.
